menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Böyük İsrail” mərəzini müalicə etmək üçün İsrail xalqına da Paşinyan kimi bir lider gərəkdir...”

25 0
05.11.2026

Bizi sosial şəbəkələrdən izləyin:

“Ökənin gələcəyini yalnız Netanyahu, onun hökumətindəki radikal nazirlər və onların tərəfdarlarının mövqeyi ilə eyniləşdirmək olmaz...”

 

“İsrailə hər şeydən əvvəl, öz xalqına başqa xalqların hüquqlarına hörmət etməyi, təhlükəsizliyin yalnız qarşılıqlı təminat və siyasi razılaşma ilə mümkün olduğunu anlatmağı bacaran dövlət xadimi lazımdır...”

 

“Nasistlərin antisemit siyasətini pisləmək nə qədər zəruridirsə, fələstinli mülki əhalinin hüquqlarının müdafiəsi də bir o qədər zəruridir. Bu iki mövqeni bir-birinə qarşı qoymaq deyil, eyni universal ədalət prinsipindən çıxış etmək lazımdır...”

 

“Onu da demək gərəkdir ki, İsrailin hazırkı siyasi rəhbərliyinin, xüsusən Benyamin Netanyahu, İtamar Ben-Qvir və Bezalel Smotriç kimi radikal sağçı siyasətçilərin təmsil etdiyi xəttlə İsrail cəmiyyətinin bütün təbəqələrinin mövqeyi eyni deyil...”

 

-DÜŞÜNCƏ BOXÇASI...-

 

Ötən bir silsilə köşəmizdə İsraildə XIX əsrin sonlarından etibarən meydana çıxmış “Böyük İsrail” xülyasının təkcə yəhudi xalqına deyil, bütövlükdə regiona və dünyaya vurduğu zərərlərdən bəhs etmişdik. Bu dəfəki yazımızda həmin ideoloji xəstəliyi artıq səkkiz ildən çoxdur ki, siyasi müalicə mərhələsində olan və müəyyən nəticələr əldə etmiş “Böyük Ermənistan” xülyası ilə müqayisə edəcək, bu cür təhlükəli ideologiyaların aradan qaldırılması yolları barədə mülahizələrimizi bölüşəcəyik...

 

Əvvəlcə onu qeyd edək ki, fikrimizcə, “Böyük İsrail” xəstəliyi “Böyük Ermənistan” mərəzindən daha dərin tarixi və ideoloji köklərə malikdir. Çünki ikinci ideologiya əsasən etnik millətçilik, tarixi ərazi iddiaları və siyasi ekspansionizm üzərində qurulduğu halda, birincinin bəzi radikal tərəfdarları öz ərazi iddialarına dini məzmunlu “əsaslandırmalar” da verməyə çalışırlar. Yəni burada söhbət təkcə hansısa torpaqlara sahib olmaq istəyindən deyil, həmin iddiaların ilahi iradə ilə əlaqələndirilməsindən gedir. Halbuki hər hansı dini mətnin siyasi məqsədlərlə seçmə şəkildə yozulması həmin iddiaları nə hüquqi, nə də mənəvi baxımdan haqlı edə bilər...

 

İsrail parlamentinə – Knessetə oktyabrın 27-də keçirilmiş son seçkilərin nəticələri bu baxımdan diqqətəlayiqdir. Hazırkı baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası 27 mandatla seçkilərin ən böyük siyasi qüvvəsi olsa da, onun rəhbərlik etdiyi siyasi blok cəmi 53 mandat əldə edib və hökuməti formalaşdırmaq üçün tələb olunan 61 yerlik çoxluğu qazana bilməyib. Müxalifət düşərgəsi 48, ərəb siyasi partiyalarının təmsil olunduğu siyahılar isə ümumilikdə 19 mandat əldə edib. Beləliklə, yeni hökumətin formalaşdırılmasında ərəb deputatların mövqeyi xüsusi əhəmiyyət qazanıb.

 

Qəzza faciəsinin və İsrail-Fələstin qarşıdurmasının ağır nəticələrinin fonunda ərəb siyasi qüvvələrinin ölkənin parlamentində bu cür təmsilçiliyə nail olması, şübhəsiz, düşündürücü bir hadisədir. Bunu istər siyasi, istərsə də mənəvi baxımdan Allahın müəyyən ibrət dərsi kimi qiymətləndirmək olar. Bir vaxtlar özünü ətrafındakı xalqlardan üstün tutan radikal siyasi qüvvələrin təsiri altında qalmış cəmiyyətdə ərəb deputatların hökumətin taleyinə təsir edə biləcək mövqeyə yüksəlməsi regionda xalqların bərabər hüquqlu siyasi subyektlər kimi qəbul edilməsinin əhəmiyyətini bir daha ortaya qoyur...

 

Əlbəttə, bu seçkilərin nəticələrini İsrail cəmiyyətinin bütövlükdə Fələstin xalqına münasibətində köklü dönüşün baş verməsi kimi təqdim etmək hələ tezdir. Lakin mövcud siyasi mənzərə belə bir dəyişikliyin müzakirəsi üçün müəyyən imkanlar yaradır.

 

Bu səhər “Reuters” agentliyinin yaydığı və İsrail ordusunun keçmiş yüksək rütbəli zabitlərinin, o cümlədən 6 generalın fələstinli fermerlərə zeytun məhsulunun yığılmasında kömək etməsi barədə xəbəri oxuduqdan sonra həmin ümidlərimiz bir qədər də artdı. Məlumata görə, təxminən 30 keçmiş yüksək rütbəli hərbçi İordan çayının qərb sahilindəki Qusra kəndi yaxınlığında fələstinli fermerlərə dəstək verib. Həmin fermerlər israilli radikal köçkünlərin hücum və təzyiqləri səbəbindən uzun müddət öz torpaqlarında sərbəst işləyə bilməyiblər. Keçmiş general-mayor Eyal Ben-Reuven fələstinli qadınlara və uşaqlara qarşı zorakılığın ona yəhudi xalqının tarixindəki poqromları xatırlatdığını bildirib. Digər keçmiş hərbçilər isə işğalın davam etməsinin və köçkün zorakılığının İsrailin beynəlxalq nüfuzuna, eləcə də uzunmüddətli təhlükəsizliyinə ciddi zərər vurduğunu vurğulayıblar...

 

Burada xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, həmin generalların fələstinlilərə dəstəyinin arxasında təkcə humanitar və mənəvi mülahizələr deyil, həm də İsrailin gələcəyi ilə bağlı strateji narahatlıqlar dayanır. Yəni onlar anlayırlar ki, başqa bir xalqın hüquqlarını məhdudlaşdırmaq, torpaqlarını əlindən almaq və onu daimi hərbi nəzarət altında saxlamaq İsrailin özünə də uzunmüddətli təhlükə yaradır...

 

Hətta fərz etsək ki, bu kampaniyanın təşkilində İsrailin hansısa rəsmi dairələrinin də müəyyən maraqları olub, bu, onun müsbət humanitar mahiyyətini dəyişdirmir. Əsas məsələ odur ki, bir qrup yəhudi general öz tarixi qonşuları olan fələstinlilərin hüquqlarının müdafiəsi üçün real addım........

© Moderator