menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Qadın səsi – Ana səsi - Vaqif Yusifli yazır

24 0
12.03.2024

(Kəmalə Abiyevanın şeirləri haqqında bir neçə söz)

Kəmalə Abiyevanın şeirlərini otuz ildir oxuyuram, hər dəfə onun bir şair kimi irəliləyişinin, yeni, təravətli poetik sözünün şahidi oluram. O, müasir qadın yazarları içərisində öz fərdi deyim tərzi ilə seçilir. Qadın yazarların əksəriyyətinin mövzuları hamımıza yaxşı tanışdır. (mən müasirlərimizi nəzərdə tuturam): Sevgi – məhəbbət, gözəllik, incə-zərif hislərlə bağlı duyğuları, Ana-Qadın ürəyindən qopub gələn sevincləri, kədərləri, Vətən və təbiət sevgiləri daha çox öz əksini tapır. Amma mövzular, həyata poetik münasibətlərin fərdiliyini inkar etmir. Kəmalə xanım da öz həmcinsi olan yazarlardan məhz fərdi, özünəməxsus dəst-xətti ilə seçilir. İnsan öz sevgisini (qəlbində atəşlər yandıran əsl sevgisini) necə anlamalıdır, onu şeirdə necə canlandırmalıdır? – burada böyük Füzulinin xatırlamamaq olmur: “İldə bir qurban kəsərlər xəlqi-aləm iyd üçün, Dəmbədəm, saatbassat mən sənin qurbanınam”. Amma bu gün insan öz sevgisini belə mübaliğəli şəkildə ifadə edə bilməz. Sadə, səmimi sözlərlə belə deyə bilər:

İlk sevdiyim deyilsən sən,

Sənə qədər nəyi sevdim,

Kimi sevdim, bilmirəm mən.

Bəlkə qışı, qarı sevdim,

Bəlkə də baharı srvdim.

Sənə qədər onu sevdim, bunu sevdim,

Kimisinin gözlərini, kiminin boyunu sevdim

Bəlkə sevdim mən hamıdan çirkinini,

Bəlkə də ən gözəlini?

Amma demə sənə qədər

Sevməmişəm heç birini.

Demə sənə çatanadək bilməmişəm sevgi nədir,

Amma ki, mən........

© Ədalət


Get it on Google Play