menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

QƏLBİN ŞEİR ÇİÇƏYİ AÇILANDA… -  VAQİF YUSİFLİ yazır

16 0
03.04.2024

Yuxuma gəlmişdin bu gecə yenə,
Ulduzlar gözündən nur dilənirdi.
Uzun kirpiklərin çətir kimiydi,
Altında Ay yatıb kölgələnirdi.

Yuxuma gəlmişdin bu gecə yenə,
Gördüm ki, Gün batıb yaraşığında.
Mələklər heyrətdən quruyub qalıb
Hüsnünü seyr edir ay işığında…

Bu sevgi şeiri mənə dahi Füzulinin qəzəllərindəki o ilahi eşqi xatırlatdı. Füzuli gözəlin şüsnünü, ona olan intəhasız məhəbbətini bəyan edərkən az qala bütün kainatı-Ayı, ulduzları, Günəşi ona təslim edirdi. «Can görünmə desələr təndə, inanman , nişə kim, Lütfdən hər necə baxsam təninə, can görünür»-Can dirilikdir, həyatdır, aşiqin nəzərində isə sevgilisinin gözəl bədəni başdan-ayağa «can»dır. Çünki o öz sevgilisinə elə dərin səmimiyyət, rəğbət və məhəbbət hissi ilə baxır ki, sanki onun qəlbini, canını görür. Gözəllik hər an aşiqə həyat verən qüvvəyə çevrilir».

Neçə əsrdir ki, Azərbaycan şairləri Füzulinin sevgi şeirlərinin təsir orbitində dolanırlar. Şabranda yaşayan, artıq ədəbi aləmdə də etiraf olunan Məzahir Zeynal da öz sevgi şeirlərində Füzuli ənənəsini davam etdirir. «Qəlbin şeir çiçəyi» şeirlər kitabında da (H«Elm və təhsil» nəşriyyatı, 2024) Məzahir Zeynalın təbii hisslərin yaşantısı olan şeirlərlə qarşılaşırıq. Bu təbii hisslər müasir dövrün lirik qəhrəianının xarakteri, onun mənəvi aləmi ilə bizi tanış edir.
Gəl qayıdaq bu sevgidən əvvələ,
Yenə gəlib küçənizdən keçim mən.
Dönüb gedim, bir də səni görməyim
Axşam-səhər hər gün gəlim o yerə..

Onun sevgi şevi şeirlərinin qəhrəmanının keçirdiyi hissləri ilin fəsilləri ilə müqayisə edə bilərik. Burada iki fəsil daha çox diqqəti cəlb edir. Payız öz rəngarəng gözəlliyilə bir neçə fəslin qarışığına bənzəyir. Amma bizim şairlər xatirə şeirləri yazanda daha çox solub-saralmış yarpaq, xəzan obrazlarına müraciət edirlər. Xatirələrdə daha çox ötən günlər yad olunur, nostalji hisslər ön plana ençir. Lirik qəhrəman-sevən aşiq çox vaxt........

© Ədalət


Get it on Google Play