POEZİYAMIZIN AĞ ÇİÇƏYİ - VAQİF YUSİFLİ yazır
Nurəngiz Günü ilk dəfə televiziyada, aparıcı kimi görmüş və sevmişəm. heyranlıqdan doğmiuşdu. Sonra onun bir sıra verilişlərdə oxuduğu şeirlər mənim heyranlığımı daha da artırdı, o, sanki şeir oxumurdu, oxuduğu şeiri özü yazırdı. Azərbaycan tamaşaçılar da televiziyada onun səsinə heyran kəsilmişdilər. On beş il televiziyada diktor kimi çalışdı, beş il də İncəsənət Universitetində nitq mədəniyyəti kafedrasında müəllim kimi fəaliyyət göstərdi.
43 yaşında ədəbiyyata gəldi. 1981-ci il-«Ulduz» jurnalının aprel nömrəsində «Tanrı bəşər övladıdır» adlı povesti oxuculara təqdim edildi. Və bu povest çoxları üçün gözlənilməz hadisəyə çevrildi. Təbii ki, yaşın burada heç bir önəmi yox idi. Çünki bu povest «mən yazıçı olmaq istəyirəm» havasına yazılmamışdı. O əsərdə bir qadının ömür yolu,həyatının dramatik-faciəli anları təsvir edilirdi, burada nəsrə məxsus bütün elementlərə riayət edilmişdi. Az sonra povest kitab halında da nəşr olundu və hamıdan qabaq Xalq yazıçısı Mirzə İbrahimov «Ədəbiyyat və incəsənət» qəzetində bu əsər barədə öz sözünüdedi:. Povesti oxuyanda çox zaman adama elə gəlir ki, müəlliflə üz-üzə oturub söhbət edirsən. Sanki o, həyatda, insanlararasında gördüklərini, eşitdiklərini, şəxsən yaşadıqlarını sənə nəql edir, hətta ürəyini boşaldıro. Yaz, qızım Nurəngiz, yeni uğurlar sənə».
Əlbəttə, böyük Xalq yazıçısının bu xeyir-duasından sonra Nurəngiz xanım gərək qələmə sarılıb yeni-yeni povestlər, romanlar yazaydı.Amma o, ədəbiyyata nəsrlə gəlsə də, nasir kimi yox, ŞAİR kimi tanındı və sevildi. Çünki onun povesti lirik-psixologi üslubda qələmə alınmışdı və həm qəhrəmanın öz daxili dünyası, həm də müəllifin təhkiyəsində, obrazların qarşılıqlı münasibətlərində bir şeiriyyət havası vardı. Az əonra Nurənciz Günün «Ağ qanadlar» şeirlər kitabı ( «Yazıçı», 1986) çap olundu. Bu şeirlər kitabı yeni bir poetik istedadın ədəbiyyata gəlişiydi. Adətən, özü də əksər hallarda, hər hansı şairin ilk şeirlər kitabı ədəbi aləmdə o qədər də ciddi bir reaksiya doğurmur. Elə Nurəngiz xanımın «Ağ qanadlar» şeirlər kitabı da sükutla qarşılandı. Amma bu şeirlər kitabı ədəbi tənqidin sükutu ilə qarşılansa da, əslində, «Ağ qanadlar» şeirimizə böyük uçuşa hazırlaşan bir şairin start vəziyyətindəki hazırlığını aşkara çıxardı. Mən Nurəngiz xanımın bu ilk şeirlər kitabı ilə sonuncu şeirlər kitabları arasında təbii poetik inkişafı görürəm, amma sizi inandırım........
© Ədalət
visit website