menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

BİR ƏLİYAR YUSİFLİ VARDI... -  VAQİF YUSİFLİ yazır

17 0
08.02.2024

(«Unutmadığım insanlar» silsiləsindən)

Baxma xəritədə bu qədim şəhər,
Kiçik bir nöqtəylə qeyd edilibdir.
Bu yurdun qolunda aslan gücü var,
Bundan cahangirlər peşman gedibdir.

Qəm yerə quylanıb şiş qayasında,
O gündən bu günə vüqar qalıbdır.
Odlar diyarının bu parçasında
Şadlıq qranitdən qopardılıbdır.

Bu yerlər qıy vuran qartal yeridir,
Dostlar qonaq gəlsin qoy dəstə-dəstə.
Bu qədim Naxçıvan gül buketidir,
Məğrur bir vətənin qolları üstə.

Bu şeirin müllifi Əliyar Yusiflidir (1929-1993).Şeir onun əksər şeirllərində dönə-dönə vəsf etdiyi Naxçıvana həsr edilib. Əliyar Yusifli Naxçıvan ədəbi mühitinin yetirməsi idi və keçən əsrin 70-80-ci illərində o iyarda seçilən ziyalılardan olub. O, Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdi, Naxçıvan Muxtar Respublikası Dövlət Radio və və Televiziya verilişləri komitəsinin Ədəbiyyat və İncəsənət şöbəsinin müdiri kimi regionda ədəbi qüvvələrin inkişafında mühüm rol oynamışdr.
Əliyar Yusiflinin bir neçə şeir kitabı çapdan çıxıb: «Dağlar yaraşığı», «Səni xatırlayıram», «Bənövşə ətri» və s. Mən onunla Naxçıvana ilk səfərim zamanı (1984) tanış oldum. Çox mehriban insan idi, deyirdi ki, ədəbi aləmdə cəmi iki Yusifli var-biri sənsən. Biri də mən. Əliyar müəllim bir gün məni doğulduğu Şərur rayonunun Püsyan kəndinə apardı. Gözəl bir kənd. Səfalı mənzərələr.

Onun altı şeir kitabının hər birində Naxçıvana həsr edilən şerlər var. Olsun ki, bu şeirlərin bir çoxu yüksək sənətkarlıqla qələmə alınmayıb, amma Naxçıvana həsr etdiyi şetirlərdə əbədi sevgi var.
........

© Ədalət


Get it on Google Play