menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

ƏDƏBİYYATIMIZIN  VİCDANI -   VAQİF YUSİFLİ yazır

18 0
25.06.2024

Məmməd Arif Dadaşzadə heç şübhəsiz, XX əsr Azərbaycan ədəbi tənqidinin, ədəbiyyatşünaslığın, filoloci fikrinin ən parlaq simalarından biridir və onun əlli illik yaradıcı fəaliyyəti, böyük bir həvəs və şövqlə klassik və müasir ədəbiyyatımız yolunda gördüyü işlər bu gün üçün də əhəmiyyətlidir. Ona görə ki, onun elmi-tənqidi irsi heç vaxt öz sabitliyini, dəyişməzliyini itirməmişdir: «Bu dəyişməzlik daha artıq dərəcədə Arif müəllimin əsərlərinə xas olan bir keyfiyyətdir: ədəbi təsir dəyişməzliyi, problematika aktuallığı, elmi-nəzəri keyfiyyət dəyişməzliyi, cismən yaşamadığı illərin sınağına sinə gərən mütəfəkkir nüfuzunun dəyişməzliyi (Elçin)».

Bu gün ədəbi tənqidin missiyası, məqsəd və vəzifələri ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Tənqidin yenə ədəbi prosesdən geri qalması, «karvanbaşı» rolunu layiqinjə yerinə yetirməməsi və bununla əlaqədar hətta belə bir fəaliyyət sahəsinin daha lazım olmaması xüsusunda gərəksiz və gərəksiz olduğu qədər əsassız mülahizələr də səslənməkdədir. Amma bütün bu qeyri-obyektiv fikirlərə baxmayaraq ədəbi tənqid bir yaradıcı fəaliyyət sahəsi kimi öz işini davam etdirməkdədir. Yəni «bizdə tənqid yoxdur» deyənlərin iddialarını mövcud ədəbi tənqid nümunələri ilə təkzib etmək müşgül deyil. Hələ 1941-ci ildə, 84 il önjə Məmməd Arif Dadaşzadə yazırdı ki: «Bəzən öz tələbkarlığımızda ifrata vararaq, ədəbi tənqidi inkar edirik. Bu, əlbəttə, doğru deyildir. Bizdə tənqid vardır, ədəbiyyatımızın başqa sahələrinə nisbətən daha yeni və gənj olmasına baxmayaraq, Azərbayjan ədəbi tənqidi az bir zaman içərisində çox işlər görmüşdür». Məmməd Arif bu fikri o zaman söyləmişdi ki, 20-30-cu illərin ədəbi prosesində çox mühüm rol oynayan bir sıra tənqidçilər-M.K.Ələkbərli, Ə.Nazim, M.Quliyev, H.Zeynallı artıq sırada yox idilər, onları repressiya tufanı öz qoynuna almışdı. Ancaq həmin illərdə müəyyən təcrübə əldə etmiş M.Arif, M.Cəfər, M. Rəfili, M.Hüseyn, Mir Cəlal, Ə.Ağayev, C.Cəfərov kimi tənqidçilər meydanı boş buraxmadılar, tənqid öz yoluna davam etdi. Təbii ki, bu tənqidçilər ideolji basqıların, MK qərarlarının, sosrealizm prinsiplərinin tələblərinə etinasız qalmırdılar və bu, mümkün də deyildi, ancaq nisbət götürəndə Azərbaycan ədəbi tənqidi Azərbayjan ədəbiyyatının yaşarı ənənələrinin və müasirliyin keşiyində durdu, yeni meyl və tendensiyaların inkişafında mühüm rol oynadı. Bu prosesdə Məmməd Arif tənqidi xüsusilə seçilirdi və inkar etmək olmaz ki, o, həmin illərdən başlayaraq ədəbi tənqidimizin ən nüfuzlu bir şəxsinə çevrildi. Unudulmaz şairimiz Səməd Vurğun vaxtilə onu «tənqidimizin vicdanı» adlandırmışdı. M.Arifdən az sonra ədəbi tənqidə gələn və onunla bir sırada ədəbiyyatımız naminə əsl fədai kimi çalışan Məmməd Cəfər Cəfərov da M.Arifi özünün ustadı hesab edirdi.

Məmməd Arif ədəbi tənqidi sənət səviyyəsinə qaldıran ilk professional tənqidçilərimizdəndir. O, tənqidin yaradıcı bir sənət növü olduğunu, ədəbi prosesdə həlledici rol oynadığını çox dəqiq müəyyənləşdirərək yazırdı: «Bəzən mətbuatda belə fikirlərə rast gəlmək olur ki, guya bədii tənqid yaradıcılıq deyildir, guya o, heç bir şey yaratmır, ancaq yaradılmış əsərlərə qtymət verir. Bu fikir doğru deyildir. Əgər tənqidçi mühasib kimi bədii ədəbiyyatın gəlir və çıxarını hesablayan adam olsaydı, bəlkə də onun haqqında belə düşünmək mümkündü. Amma bədii ədəbiyyatın həyatla........

© Ədalət


Get it on Google Play