“Olumla ölümün arası yaxın”
Prezident təqaüdçüsü, əməkdar mədəniyyət işçisi, tanınmış şair Əşrəf
Veysəllinin xatirəsinə gəzişmələr.
“Kimsə demişdir ki, yazmaq məcburiyyətini hiss etməyən yazmamalıdır. Mən də həmişə bu fikirdə olmuşam ki, oxucuya catdırılası
mövzunun həqiqi dəyərinə güclü inamın yoxdursa, gərək yazmayasan”.
“Bir diplomatın manifesti kitabından”.
Və mən bu məcburiyyəti hiss etdim: ürəyimdə düşüncəmdə,
zehniyyətimdə içimdən gəlirdi.
Onun adını ilk dəfə Feyzi əmimgildə eşitmişəm. Atamın əmisi oğlu,
yazıçı-publisist, “Kimyaçı” qəzetinin redaktoru, ötən əsrin 70-ci illərində
populyarlıq qazanmış “Dinmə ey kədər” kitabının müəllifi Feyzi
Mustafayevin uşaqlarının dilindən düşmürdü Əşrəf əminin adı.
Dostumuz Əyyub Qiyasın “Dünyaya pəncərə” qəzetində yubileyləri
üst-üstə düşən Əşrəf Veysəlli ilə İbrahim İlyaslıya ünvanlanmış “İki şairə bir təbrik” yazım çıxmışdı. Feyzi əmim bu yazıdan möhkəm əsəbiləşdi, iki şairə bir təbrik nə deməkdir?, - dedi- İbrahim İlyaslı istedadlı gəncdir, sözüm yox,amma Əşrəf Əşrəfdir də, onun təbriki ayrı olmalıydı!
Feyzi əmi bir müddət mənimlə soyuq davrandı. Bizim İmamnəzərli
tayfasının genetik vərdişlərinə yaxşı bələd olduğumdan – ulu babamız
böyürtkən kolundan küsmüş və ömrünün sonuna kimi böyürtkən yeməmişdi– çox dərinə getmədim.
Əşrəf Veysəlli müsahibələrin birində söyləmişdi ki, məndən ötrü
dünyanın ən böyük yazıçısı Feyzi Mustafayevdir. Bir il sonra Yadigar
Məmmədlinin təşəbbüsü ilə Feyzi əmimdən “Cümhuriyyət”ə müsahibə
alanda o söhbəti, o dəyəri xatırladım. Rəhmətlik gözlərinin içindən güldü,
adəti üzrə əlini gur saçına apardı, əmioğlu, - dedi – “aldanma, şair sözü,
2000-ci ilin nəfəskəsən qızmar yayında Əşrəf əmi dostunun sözünə
baxmayan ürəyinə işarə ilə nigarançılığını bildirmişdi:
-Feyzi , qardaş, ürəyindən muğayat ol, orda mən varam.
Feyzi müəllim əfsanəvi dostunun sözünə “qulaq asmadı”, 63 yaşında
ölümü fani dünyadan əziz tutdu. Yardımlının Ostayır kəndindəki
qəbiristanlıqda dost itirmiş Əşrəf Veysəllinin ahı göylərə bülənd oldu, ordanağrı-acıya bələnib.
“İki dostun bir ürəyi” misralarında damcıladı məzar daşının üzərinə.
...Və şairlər günündə ustad şair Əşrəf Veysəlli dostunun görüşünə tələsdi.
2026-cı il, 6-cı ayın 6-da, həftənin 6-cı günündə torpağa tapşırıldı. 6 gündə
xəlq olmuş kainatın hansısa mistikasıydımı?!
Seyran Səxavətin Əşrəfi.
Mən birinci kursda oxuyanda Əşrəf sonuncudaydı. Universitetdə bir
divar qəzetimiz çıxırdı. Yaradıcı gənclərin poeziya nümunələri də o qəzetdə
yer alırdı. Bir gün gördüm ki, Əşrəfin də şeiri verilib. Adətən şeiri
oxuyursan, xoşuna gəlsə, əzbərləyirsən. Amma Əşrəfin şeirlərinin təsiri
alayı cürdür. Onun yazdıqları sanki gözdən ürəyə, ordan da süzgəcdən
keçməklə yaddaşa hopur. İnanın, o divar qəzetindəki şeiri bircə dəfə
oxudum. Bu günə kimi yaddaşıma həkk olunub:
Boşlamalı dünya deyil,
Xoşlamalı dünya deyil.
Yaşamalı dünya deyil,
Doğrudan da, dünyanın minnəti olsun ki, Əşrəf boyda oğul onda
yaşadı.Məndən ötrü Əşrəf dünyanın ən böyük şairidir. Əşrəf veysəlli böyük
mənada Azərbaycan deməkdir. Onun poeziyası özündə Azərbaycan dilinin
şəhdi-şirəsini ehtiva edir.
Bir də Əşrəfi çoxundan fərqləndirən bir cəhət var: Allah-təala ona nə boyda
istedad veribsə, bir o qədər də abır-həyalı yaratmışdı.
Sitat: “Əşrəf adamın gözünə yox, qəlbinə girən şairdir”.
Bahəddin Həzidən Sözə qüvvət.
“Bu cavan şəhər bu qocaman – azman şairi qucaqlamışdı. Ancaq
Əşrəf Veysəlli bir şəhərə sığışacaq kişi deyildi axı. Onu ölkə tanımalıydı,
onu ölkədən qıraqda tanıtmalıydıq”.
İstiqlal təşnəli şeirlər.
Ötən əsrin 60-cı illərində Azərbaycan Yazıçılar Birliyinin Natəvan
klubunda gənc şair Əşrəf Şəfiyev tribunaya çıxıb şeir oxuyur:
-Hanı qoç Koroğlu, hanı qoç Nəbi?!
Yağılar başıma qılınc endirib.
Bölüb Vətənimi siqaret kimi
Hərə bir tərəfdə tüstüləndirir.
Sovet dönəmi Sosializm realizminin dominantlıq dövrü. İlhaqın ideal,
xoşbəxt quruluşa könüllü, cani-dildən qovuşma kimi bəzədildiyi ədəbiyyat
cameəsi və gənc bir şairin qan-qan deyən şeiri. Ani sükut. Bəlkə də
çaşqınlıq. Birdən Xəlil Rza yerindən qalxır. Onun gur, inqilabi səsi salona
-Əla şairdir! Əla yazır! Halal olsun!
1963-cü ildə Xəlil Rza Əşrəf müəllimə uğurlu yol yazır.
Qanlı Yanvar hadisələrində Xəlil Rza Lefontova zindanına atılanda
Əşrəf Veysəlli etirazını şeirlə bildirmişdi.
-Vətən başdan-başa qanlı yuxudur,
Yoxdurmu bu yurdun yuxu yozanı?
Vəhşi generallar kimi qorxudur.
Zindana atmaqla Xəlil Rzanı?
İstiqlal şairi isə zindandan ona cavab verirdi:
-Sağ ol, qardaşım Əşrəf,
Hərlənən planetin gücü
İbrahim İlyaslıdan sözə qüvvət.
“Səni tez oyatdı şair ilhamın,
Duydun – bu əzablar haqqa cəmiymiş
Dedin: “Şair olmaq ayağı yalın
Süngülər ucunda gəzmək kimiymiş”
“Güldük ağlaya-ağlaya”
Ağayanə kişiydi, xeyir-şər adamıydı Əşrəf əmi. Sadəcə təvəllüd
tarixinə görə deyil, əməllərinin trayektoriyasına, fəzilətlərinə, ədəbi-ictimai
fəaliyyətinə, hadisələrə obyektiv yanaşmasına görə ağsaqqal statusu
qazanmışdı. Sözü kəsərli, ifadə tərzi əvəzsiz idi. Fakta neqativ münasibətini bildirərkən zərif yumor, incə eyham, bəzən kəskin sarkazm təbəssümünü gözəlləşdirirdi.
Gülnarə Cəmaləddindən portretə cizgilər.
“O, əsil ağsaqqaldı, müdrik məsləhətçiydi. Hər zaman üzündə xoş bir
təbəssüm olardı. Kimsənin qəlbinə dəyməzdi Əşrəf müəllim. Axı könül
Kəbədir, Allah evidir. Əşrəf müəllim könüllərə məhz Kəbə kimi dəyər........
