Mir Cəlal Paşayev - "Bir gəncin manifesti"
Kasıblığın insan taleyinə vurduğu ən güclü zərbə bu əsərdə ana xəttdir desəm, yəqin yanılmaram. Yeni dünya qurulması proseslərinin fonunda bir balaca uşaq, bir tək və tək olduğu qədər minlərə bərabər qadın, bir gənc addımlayır. Balaca uşaq müəllifin uğurla yazdığı təbiət təsvirlərinin bəlkə də ən gözəl çiçəyi, ən hündür dağı, ən dərin dərəsi, ən dadlı yaz otudur. Həmin uşaq təbiətin bir parçasıdır, təbiətə yaraşır və uşaq naturası ilə təbiətin bir hissəsi olmaqdan başqa istəyi yoxdur. O qaçmaq, tullanmaq, dostlarıyla oynamaq, anasının bişirdiklərindən yemək istəyir. Amma mövcud sistemin yaratdığı ağır kasıblıq onun əynində cırıq-sökük paltardan başqa nə qoyub ki?! Uşaq acdır, uşaq bir tikə çörək üçün böyüklərin gördüyü işi görməlidir, üstəlik uşaq varlıların ağır sözlərini, tənə və danlaqlarını götürməlidir.........
© Qaynar
