menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Klassika deyib keçməyin

16 0
19.05.2026

"Onun üzünün gözəlliyi sanki qəlbinin dürüstlüyündən asılıydı” yazan müəllifin dördüncü kitabını oxuyub bitirmək, özünün dediyi kimi "minnətdarlıq ifadəsini xatırladan lal heyranlıq anları” yaşatdı. Çimnaz Vəliyevanın tərcümə etdiyi Qustav Floberin "Hisslərin tərbiyəsi” kitabı müəllifin ənənəvi üslubuna sadiqliyi ilə seçilir. Oxuyaraq adam düşünür ki, realist dəst-xəttiylə fərqlənən yazıçının 58 illik ömrünə Fransa ədəbiyyatının zirvəsinə ucalmaq da yazılıbmış. 


"Əxlaqi dəyərləri təhqir etdiyinə görə” məhkəməyə verilən Flober əsərləri üzərində uzun müddət işləməsiylə və yazdığı əsərləri dəfələrlə uca səslə oxumasıyla məhşurdur. Onun "Hisslərin tərbiyəsi” romanının qəhrəmanı 1840-cı ildə əyalətdən Parisə yola düşən Frederik Morodur. Bu obraz əslində hissləri tərbiyələndirməyən cəmiyyətin qurbanıdır. Bütöv bir nəslin güzgüsü olan bu qəhrəman ümidlərinin puç olması ilə üzbəüz qalır.


Xüsusi təsir gücünə malik olan bu əsər romantik gəncin xəyalları kimi görünsə də, əslində XIX əsr Fransa cəmiyyətinin geriləməsinin nümunəsidir. Həyatın sərt üzünü görməmiş gənc karyera qurmaq, öz yerini Paris mühitində tapmaq üçün yola çıxır. Bu yol onun taleyini müəyyən mənada Madam Anru ilə bağlayacaq. Qadına olan məhəbbəti onun mənəvi dünyasının daimi səsinə çevriləcək. Frederik tələsir, o həyatda yeni yer tutmağa, imkansız eşqin arxasınca düşməyə tələsir. O, özü olmağın, öz yerində qalmağın, öz aurasını qorumağın, özüylə xoşbəxt olmağın dərinliyini anlamayan gəncdir. Əslində bizim heç birimiz gənc yaşlarımızda bunu dərinliyi ilə başa düşmürük. Amma Frederikin süst xarakteri onun həyat yolunu müəyyən edir. Çox vacib sual meydana çıxır. İnsanlar xarakterlərini başqa cür edə bilərlərmi? Özlərinə xas təbiəti dəyişməklə taleylərini də dəyişə biləcəklərmi? Yəni, Frederik özünə inamlı gənc olsaydı,........

© Qaynar