Trampın Troya atı...
Əvvəlcə “türk NATO-su” haqqında sürəkli mülahizələr. Daha sonra məyusluq ki, əşşi, bunlardan bir şey çıxmayacaq. Və budur, üç türk dövlətinin – Türkiyənin, Azərbaycanın və Özbəkistanın birgə hərbi təlimləri...
Nə demək olar? Düşünürük ki, yaxın gələcəkdə iştirakçıların siyahısı bir az da genişlənə bilər.
Maraqlıdır ki, Rusiya mətbuatı isterika qaldırmadı. Yazdılar və qeyd etdilər ki, indi Məkəzi Asiya üç qütb, daha doğrusu, üç poliqon arasında vurnuxur.
Əslində dördüncüsü də var - Avropa İttifaqı. Bu günlərdə belə informasiya səsləndi ki, Avropa İttifaqı Mərkəzi Asiyanın Cənubi Qafqazla bağlantısı üçün 12 milyard avro ayırmağa hazırdır.
Belədəsə, Qazaxıstan hələ Rusiya ilə birlikdədir. Tacikstan və Qırğızıstan daha çox Çinin təsirini hiss edir. Özbəkistan isə Türkiyəyə meyl edir. Yada salaq ki, dünyasını dəyişmiş İslam Kərimovun vaxtında Özbəkistanla Türkiyə arasında münasibətlər soyusa da, Daşkənd Bakıya qarşı daim isti münasibət göstərmiş və hətta GUAM-ın ilk üzvlərindən biri də olmuşdu.
Yeri gəlmişkən, bugünlərdə çox maraqlı şey oxudum. Çin alimləri əsərlərinə istinadlara görə dünyada birinci yerdədir– əlbəttə, söhbət təbiət elmlərindən gedir. Təsəvvür edin, ondan sonra ABŞ gəlir. Sonra da deyirlər ki, möcüzə olmur! Olur, amma o ölkələrdə ki, orada “elmin və alimin vətəni yoxdur”........
