Mən niyə sonuncu mogikanam?..
Yaşlı adamlar azacıq kövrək, bir az da tərifə meylli olur. Ona görə də sözlərimdə qeyri-təvazökarlıq sezsəniz qüsur bilməyin.
Həm də 34 il sərasər jurnalistika ilə məşğul olan, demək olar, ölkənin bütün jurnalist mükafatlarını alan adam bircə dəfə qeyri-təvazökarlıq edə bilər, ya yox? Odur, təkrar rica edirəm, üzürlü sayın.
Qərəz, bizim yeni jurnalistikanın bəxti həm də onda gətirmişdi ki, bu sahəyə müxtəlif vaxtlarda üç ixtisasca qeyri-jurnalist gəlmişdi: Zərdüşt Əlizadə ərəbşünas-filoloq idi, Hikmət Hacızadə biofizik idi, mən isə Moskva Universitetinin fizika fakültəsini "astrofizika” ixtisası üzrə bitirmişdim. Sonuncunu ona görə xüsusi qeyd edirəm ki, astrofizikadan–kosmologiyadan fəlsəfəyə "məsafə” bircə addımlıqdır.
Zərdüşt bəy çox gözəl jurnalist idi, ədəbiyyatı, mədəniyyəti gözəl bilir. Bir dəfə müxalifət liderlərinə bir neçə sualla müraciət edilmişdi. Kino ilə bağlı suala tək Zərdüşt bəy cavab vermişdi, digərləri sualı buraxmışdı.
Hikmət bəy də demokratiya tarixini, nəzəriyyəsini çox gözəl bilirdi, onun da ədəbiyyatdan, sənətdən gözəl başı çıxırdı, musiqini gözəl bilir və bunları demokratik proseslərlə........
