Kreml Ermənistan üçün İvanişvili tapacaqmı?..
Maraqlı seçki “necə olacaq?” sualı ilə başlayıb elə həmin sualla da bitir. Bu mənada ABŞ-dakı son seçkilər də istisna olmadı. “Necə olacaq?” sualının biri arxada qalsa da, digərinə iki aydan sonra cavab veriləcək. İndi isə yalnız fərziyyələr və ehtimallar səslənir.
Əlbəttə, ABŞ seçkiləri hamını daha çox İran müharibəsi kontekstində maraqlandırır. Amma Ukrayna müharibəsi də, Cənubi Qafqazdakı proseslər də az maraq kəsb etmir. Seçkinin nəticələri bütün bu proseslərə təsir edə bilər.
İndi Cənubi Qafqazda da çox maraqlı proseslər gedir. Sanki əvvəlki vəziyyət inversiya olunub. Əvvəllər bölgənin ən rusiyapərəst ölkəsi olan Ermənistan indi, əksinə, ən qərbpərəst siyasət yürüdən ölkəyə çevrilib. Qərb Gürcüstandan üz çevirib, Azərbaycansa əvvəlki kimi yenə balanslaşdırılmış siyasət yürüdür.
Ermənistanın Rusiya ilə savaşı hələ çox çəkəcək, çünki illər ərzində bu ölkə, demək olar ki, Rusiya tərəfindən özəlləşdirilib. İndi onu hissə-hissə qaytarmaq lazımdır.........
