Demokrat tək qalar, amma anti-demokratla birləşməz
“Ey mənim gözəl bacım Nazlı, səhərdən axşama kimi oturubsan evdə, anandan bozbaş bişirmək dərsi alırsan, amma mənim yanıma gəlmirsən ki, gəzdiyim şəhərlərdən sənə nağıl eləyim, görəsən dünyada nə var, nə yox! Bax, həyətdə gün çıxıb, sən ki, onu görməyəcəksənsə, nəyə lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək açıb, amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər?”
Mirzə Cəlil, "Ölülər".
Bəli, böyük Mirzə Cəlildən başlamaq istədik sözümüzü. Sözümüz də yenə hicab haqdadır. Deyəsən, mövzu bir az səngiyib. Şükür ki, növbəti müsibət qurulmadı, Bakının hansısa kəndi “anklava” çevrilmədi, amma cəhdlər çox oldu, min şükür alınmadı.
Mənim məsələdə diqqətimi çəkən yenə də bir detal oldu. Hamımız nədənsə narazı ola bilərik, amma bu, o demək deyil ki, cəmi narazılarla, hətta “qatıq qaradır” deyən narazılarla da........
