Bir gün Rusiya tarixinin bu səhifəsi də çevriləcək...
Əvvəlki illərdən fərqli olaraq, indi siyasət tamam çılpaqlaşıb, heç kim heç nəyi ört-basdır etmək istəmir, heç bir maskirovka — örtük, kamuflyaj yoxdur. Vaxtilə hamı öz ideologiyasının üstünlüyünü, cazibəsini, cəlbediciliyini göstərmək istəyirdi, indi isə birinci yerdə, öndə maraqlardır — bəyənirsən, bəyən, bəyənmirsən, budur, məsələ budur! Əvvəllər sovet həyat tərzi, sovet dəyərləri, amerikan həyat tərzi və dəyərləri kimi anlayışlar vardı, daha bunlar yoxdur, Rusiya və ABŞ maraqları var...
Bugünlərdə Rusiya prezidenti XİN-də düz 80 dəqiqə danışdı. Köməkçiləri deyirdi ki, prezident Putin çıxışını özü hazırlayıbmış, yəni Rusiya prezidenti tədricən özü ideoloq da olur, daha ona Duqinlər — filankəslər lazım deyil. Üstəgəl, artıq onun dedikləri, düşüncələri ideoloji narrativə çevrilir, prezident özü artıq əvəzedilməz sayılır, hərçənd burada hiyləgər hesab da var: bizi bu bataqlığa Putin salıb, qoy, canı çıxıb özü də bizi bu bataqlıqdan........
