Şuşadan yüksələn strateji mesaj: Azərbaycan-Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur
Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüş və mətbuata bəyanatı Azərbaycan-Slovakiya münasibətlərinin artıq konkret siyasi, iqtisadi və strateji məzmun qazandığını bir daha nümayiş etdirdi. Simvolik məna daşıyan Şuşada səsləndirilən mesajlar göstərdi ki, Bakı ilə Bratislava arasında formalaşan tərəfdaşlıq Cənubi Qafqaz ilə Mərkəzi Avropa arasında qarşılıqlı etimad, ortaq maraqlar və uzunmüddətli əməkdaşlıq üzərində qurulan yeni siyasi xəttə çevrilməkdədir.
Dövlət başçısının vurğuladığı kimi, Slovakiya ilə Azərbaycan arasında siyasi dialoq artıq müntəzəm xarakter alıb. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi, dövlət və hökumət rəhbərlərinin davamlı təmasları, parlamentlərarası əlaqələrin genişlənməsi və müxtəlif sahələr üzrə nümayəndə heyətlərinin fəal əməkdaşlığı münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərir. Bu dinamika təsadüfi deyil. O, hər iki ölkənin qarşılıqlı maraqlara əsaslanan praqmatik xarici siyasət kursunun məntiqi nəticəsidir.
2024-cü ildə Azərbaycan və Slovakiya arasında Strateji Tərəfdaşlığın Qurulmasına dair Birgə Bəyannamənin imzalanması münasibətlər tarixində mühüm dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu sənəd kağız üzərində qalan siyasi niyyət deyil, artıq həyata keçirilən konkret layihələr və fəal siyasi dialoq........
