Orta Dəhlizin aparıcı qüvvələri: Azərbaycan və Gürcüstan əməkdaşlığı
Cənubi Qafqazın siyasi və iqtisadi mənzərəsində xüsusi yerə malik olan Azərbaycan və Gürcüstan münasibətləri bu gün artıq sadəcə qonşuluq çərçivəsindən çox-çox irəli gedərək dərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanat bu münasibətlərin həm tarixi köklərini, həm də gələcəyə yönəlmiş güclü perspektivlərini aydın şəkildə ortaya qoyur.
Əsrlərin sınağından çıxmış Azərbaycan–Gürcüstan dostluğu bu gün də öz möhkəmliyini qoruyub saxlayır. Tarix boyu eyni coğrafiyada yaşayan iki xalq arasında formalaşmış qarşılıqlı hörmət və etimad müasir dövlətlərarası əlaqələrin əsasını təşkil edir. Prezident İlham Əliyevin "qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir” ifadəsi bu münasibətlərin rəsmi çərçivədən kənara çıxaraq səmimi və mənəvi bağlarla möhkəmləndiyini bir daha göstərir. Bu, diplomatik münasibətdən daha çox, ortaq yaddaş və ortaq dəyərlər üzərində qurulmuş bir birlikdir.
Bu gün Azərbaycan və Gürcüstan beynəlxalq müstəvidə də bir-birinə dayaq olan ölkələr kimi çıxış........
