menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Azərbaycan qadınının tarixdən gələcəyə uzanan ləyaqətli yolu

37 0
07.03.2026

Azərbaycan qadını tarix boyu xalqımızın mənəvi dayağı, milli iradənin simvolu və dövlətçilik ənənələrinin qoruyucusu kimi çıxış etmişdir. Qədimdən bu günə qədər onun adı yalnız ailə ocağı ilə deyil, həm də Vətənin müdafiəsi, dövlət quruculuğu və cəmiyyətin tərəqqisi ilə yanaşı çəkilmişdir.

 

Azərbaycan xalqının ən qədim yazılı abidələrindən olan Kitabi-Dədə Qorqud dastanında qadın obrazlarının igidlik, sədaqət və müdriklik rəmzi kimi təqdim olunması təsadüfi deyil. Tarixi yaddaşımızda yaşayan Tomrisin cəsarəti, Sara Xatunun diplomatik zəkası, Möminə Xatunun siyasi iradəsi Azərbaycan qadınının minilliklər boyu formalaşmış qüdrətinin canlı ifadəsidir.


Azərbaycan qadını yalnız keçmişin qəhrəmanı deyil, həm də modern dövlətçiliyimizin qurucularından biridir. Şərq dünyasında ilk dəfə qadınlara seçib-seçilmək hüququnun məhz Azərbaycanda verilməsi xalqımızın humanist və qabaqcıl düşüncə tərzinin parlaq təzahürüdür. Azərbaycan Xalq Cümhuriyyəti qadınların........

© Qaynar