Əbu-Dabidən dünyaya sülh mesajı: Uzun münaqişədən etimada gedən yol
2026-cı il fevralın 4-də Əbu-Dabidə beynəlxalq ictimaiyyətin diqqəti nadir və rəmzi bir hadisəyə yönəldi: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan dünyanın ən nüfuzlu humanitar mükafatlarından biri – "Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldülər. Bu təltif ilk növbədə fərdlərə deyil, sülhə, dialoqa və qarşılıqlı anlaşmaya xidmət edən siyasi iradəyə verilən yüksək qiymət kimi dəyərləndirildi.
"Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyənin adını daşıyır və dinlərarası dialoqun, mədəniyyətlərarası anlaşmanın, humanizm və sülh ideallarının təşviqinə mühüm töhfə verən şəxslərə və qurumlara təqdim olunur. Mükafat beynəlxalq münsiflər heyətinin qərarı ilə verilir və əsas meyar kimi münaqişələrin dinc yolla həlli, insan ləyaqətinin qorunması, xalqlar arasında etimadın möhkəmləndirilməsi götürülür. Bu baxımdan, uzun illər davam etmiş Azərbaycan–Ermənistan münaqişəsindən sonra əldə olunan sülh razılaşması mükafatın fəlsəfəsi ilə tam uzlaşan nadir nümunə kimi qiymətləndirildi.
Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi beynəlxalq aləmdə........
