OLUМ adlı çıxış nöqtəsindən ÖLÜМ adlı bir nöqtəyə varış
Zəng gəlir.
- Əvəz vəfat edib...
Bir neçə saniyə susuram. Sanki bu cümlənin ardı gəlməlidir. Gəlmir.
Düşünürəm - son bir neçə ayda xərçəngdən ölən neçənci jurnalistdir?
Saymaq istəmirəm.
Çünki hər ad bir az da özünə yaxınlaşmaqdır.
Axı mən də xərçəngəm...
İnsanın öz ölümü haqqında düşünməsi qəribədir. Ölüm xəbərləri əvvəlcə həmişə başqalarına gəlir. Sonra adlar çoxalır, məsafə azalır. Bir gün anlayırsan ki, başqasının başına gələn artıq yalnız başqasının başına gələn deyil, sənə verilən mesajdır.
Aydın Məmmədovun bir fikri var - “OLUМ adlı çıxış nöqtəsindən ÖLÜМ adlı bir nöqtəyə hey yaxınlaşırıq”.
Bu cümlə adamı yaxasından tutur. Çünki biz həyatı başlanğıcdan hesablayırıq. Son nöqtəni isə görməməzliyə vururuq. Doğulduğumuz günü bilirik. Öləcəyimiz günü yox. Halbuki hər gün bir az da yaxınlaşırıq.
Aydın Məmmədovun “əhdi kəsilmiş atları güllələyirlər” obrazı da burada yada düşür. At tükənib. Ayaqları onu daşımır. Nəfəsi çatmır.........
