Dünya sənsiz də davam edir - 60 yaşın etirafı
Adam ən çox demədiyi sözlərə heyfsilənir. Vaxtında açmadığı qapılara, sabaha saxladığı görüşlərə, zəng etməyə ərinib özünə verdiyi yalançı təsəlliyə: "Nə olsun, sabah danışarıq".
Bəlkə sabah gəlməyəcək. İnsan bunu bilir, amma yenə də hər şeyi sabaha saxlayır. Sevgisini, üzrünü, etirafını, bəzən də həyatını. Elə bilir ki, vaxt həmişə onun tərəfindədir. Halbuki vaxt heç kimin tərəfində deyil. O, sadəcə axmaqdadır.
Bir gün hansısa evdə sənin oturduğun yer boş qalır. Əvvəlcə hamı o boşluğu hiss edir. Sonra həyat öz axarına düşür. Süfrə açılır, söhbətlər edilir, pəncərələr bağlanır. Adın çəkilir, sonra daha az çəkilir. Bir müddət sonra səni xatırladan hadisələr də azalır. Ən dəhşətlisi budur - dünya sənsiz də davam edir.
Bəlkə insanın ən böyük qorxusu ölmək deyil, yoxluğunun bu qədər adi görünməsidir. Bir vaxtlar elə bilirsən ki, sən olmasan, hər şey dayanacaq. Sonra anlayırsan ki, heç kimin həyatı sənin yoxluğunla sona çatmır. İnsanlar ağlayır, darıxır, xatırlayır, amma yaşamağa davam edirlər.
Qəbiristanlıqda ən ağır şey torpaq deyil. Orada artıq heç nəyi düzəldə bilməyəcəyini bilməkdir.
Nə yarımçıq söhbəti bitirə, nə incitdiyin adamdan halallıq ala, nə də........
