menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Vernudub əsas bəhanəni nə vaxt səsləndirəcək?

13 0
18.12.2025
Bu həftəsonu keçiriləcək qarşılaşmalardan sonra Azərbaycan klubları qış fasiləsinə yollanacaqlar. Qış fasiləsinin ardından, daha dəqiqi yanvarın sonlarında ölkə çempionatı həlledici mərhələyə qədəm qoyacaq. Klublar mövsüm başlayanda qarşılarına qoyduqları məqsədə çatmaq üçün həlledici mübarizəyə başlayacaqlar.
Sözsüz ki, azarkeşləri ən çox narahat olan klub "Neftçi”dir. Əslində, azarkeşlərdən daha çox rəhbərliyin narahat olması lazımdır. Amma heç də belə görünmür. Onların dünya vecinə deyil. Dünən AFFA Premyer Liqada mübarizə aparan klubların gəlir-çıxarı barədə rəsmi rəqəmləri açıqlayıb. Ardıcıl iki il avrokuboklardan kənar qalan "Neftçi” 29 milyon manata yaxın gəlirlə "Qarabağ”ın ən yaxın izləyicisi olub. Təsəvvür edirsiz? Bir tərəfdə avrokuboklarda fırtına qoparan, Azərbaycanın dəyişməz çempionu "Qarabağ”, digər yanda isə........

© Qaynar