Qaçan da hakimlərdən şikayət edir, qovan da...
Müasir futbolda ədalətli hakimlik problemi aktuallığını qoruyur. Məlum məsələdir ki, son illərdə futbolun sürəti xeyli artıb. Belədə hakimlərin də işi çətinləşir, onlar meydanda baş verənlərə çevik müdaxilə edib, qısa müddət ərzində doğru qərar verməyə çətinlik çəkirlər. Bu acı reallığı UEFA və FİFA da qəbul edir, yaranmış vəziyyətdən çıxış yolları axtarırlar. Heç də təsadüfi deyil ki, hakimliklə bağlı da yeniliklər edilir, qərarların verilməsində müasir texnologiyanın imkanlarından istifadə edilir.
Bir müddət əvvəl meydanda beş hakim yer alırdı, qapı arxasında yer alan hakimlər yaşanan mübahisəli epizodlarda əsas referiyə kömək göstərirdilər. Amma bu üsul o qədər də effektiv olmadı və başbilənlər qəbul etdilər ki, zamanın çağırışını dinləyib texnologiyanın köməyinə arxanalanmaq lazımdır. Beləcə futbolda VAR sistemi tətbiq olunmağa başladı. Bu sistemin də sadə izahı ondan ibarətdir ki, meydanda olan baş hakimə yan xətt hakimləri ilə yanaşı iki hakim də kömək edir. Həmin hakimlər xüsusi ayrılmış VAR otağında monitor qarşısında əyləşir, mübahisəli........
