menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Mikels "Bakılı balasıyam" oynayanda...

19 0
19.05.2026

"Sabah” layiq olduğu çempionluq kubokuna qovuşdu. Valdas Dambrauskasın çalışdırdığı komanda sözün bütün mənalarında əla mövsüm keçirdi. "Qarabağ”ın yolunun Çempionlar Liqasında gözləniləndən daha çox uzanması, "köhlən atlar”ın bu çətin marafonda xeyli güc itirməsi də "Sabah”ın işinə yaradı.

 

Litvalı mütəxəssis də həmin məqamı yaxşı dəyərləndirdi, "Qarabağ” üçün çətin görünən periodda xal fərqi yarada bildi. Sonradan bu fərqi qorumaq, müəyyən qədər də artırmaq çox da çətin olmadı.


İndi hamını düşündürən bir sual var. Həmin sual da ondan ibarətdir ki, daxili yarışlarda rəqib tanımayan "bayquşlar” Çempionlar Liqasında necə çıxış edəcək, əsas mərhələyə qədər yüksələ biləcəklərmi? Şəxsən mən belə düşünürəm ki, birdən-birə "Sabah”dan bunu tələb edə bilmərik. Bu tələb "Sabah” üçün xeyli ağır olar. Ona görə də hadisələrə real baxıb, "Sabah”ın Avropa Liqasında, yaxud da UEFA Konfrans Liqasında əsas mərhələyə qədər yüksəlməyi bacaracağına ümid etməliyik. Dambrauskas və onun futbolçuları........

© Qaynar