menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Kollina kimi olmaq çətindirmi?

18 0
04.05.2026

"Sumqayıt” "Kəpəz”lə oyundakı hakim idarəçiliyindən narazı qalıb. Özü də bu narazılığı hər vasitə ilə ictimailəşdirir, AFFA-nı şantaj edərcəsinə davaranmaqdan çəkinmirlər. Klubun prezidenti Riad Rəfiyevin oyundan sonra hakimlərin otağına daxil olmasını əks etdirən videogörüntülər var. Narazılığın səbəbi hakimlərin oyunun sonlarında qonaq komandanın qapısına iki penalti zərbəsi təyin etməsidir. Buna qədər "Sumqayıt” hesabda öndə idi, Yevlaxdan 3 xalla dönməyin sevincini yaşayırdı. Hər şey çox qısa müddətdə alt-üst oldu.


Riad Rəfiyevin hakimlərin otağına basqın etməsi vəziyyətin təhlükəli həddə çatdığından xəbər verir. Özünü əsl intelligent kimi təqdim etməyi xoşlayan Rəfiyev yaxşı başa düşür ki, hakimlərin otağına daxil olmaq qadağandır. Fərqi yoxdur ki, sən o otaqda onlara nə deyirsən. Eyni hal "Sabah”la "Qarabağ”ın oyununun fasiləsində yaşanmışdı. Masazır təmsilçisinin rəsmilərindən birinin hakimlərin otağına daxil olması, onları hədələməsi barədə........

© Qaynar