menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ayxan Abbasovla tarixə səyahət

15 0
06.06.2026

Sağ olsun Ayxan Abbasov. Yox, mən millimizin Malta ilə oyunda yaratdığı "çoxsaylı qol vəziyyətləri”nə görə ona təşəkkür etmək fikrində deyiləm. Onsuz da AFFA-nın futboldan bixəbər başbilənlərindən və futbol qurumunun ətrafında gəzib-dolaşanlardan yetərincə tərif eşidəcək. Bu "çətin” missiyanı mən onlara saxlayıram. Mənim təşəkkürümün səbəbi Ayxan bəyin bizi tarixə səyahətə aparmasıdır. Onun sayəsində mən təxminən 25 il əvvələ qayıtmışam, özümü xeyli gənc hiss etmişəm.


Ayxan bəy deyib ki, Matla ilə oyunda millimizin futbolçuları xeyli qol vəziyyəti yaradıblar. Guya ki, çoxdandır belə olmurmuş. Martın 27-də Azərbaycan millisi Sent Lusiya adlanan bir ada ölkəsinin qapısına 6 qol  vurmuşdu. Demişdilər ki, bu 6 qol millimizin üzvlərinin "ayağını açacaq”, onların özünə inamını qaytaracaq. İndi nə oldu? Yenidən qol vura bilməməyimizə üzülməyib, qol vəziyyəti........

© Qaynar