"Sabah" da öyrənir, biz də
“Sabah”ın qazaxıstanlı qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer almağı bacarıb. Bəli, “Mançester Yunayted”lə qarşılaşmada qapısında dörd qolan görən qapıçımız 1-ci turun ən yaxşılarındandır. Belə ki, Stas ingilislərlə oyunda beş dəfə seyv edib. Deməli, onun bu seyvləri olmasaydı, “Sabah” daha böyük hesabla məğlub ola bilərdi. Bu yerdə onu da qeyd edim ki, Pokatilovdan daha çox seyv edən dörd qapıçı var. Həmin qapıçılar da “Portu”da, “Slovan”da, “Real”da və “İnter”də çıxış edənlərdir.
Deməyin ki, mən də “Evləri köndələn yar”dakı Şakir Şəkəroviç kimi sizi “dütdülü” ilə təbrik edib, Pokatilovun qurtarışları ilə təskinlik tapmağa çağırıram. Sözümün canı əsla o deyil. Biz ümumilikdə nəticədən........
