Tıxacda qalan hesablayıcı
Növbəti dərs sezonu başlayıb və Bakıda şagird-tələbə-valideyn-müəllim kontingenti yenə qara günlərini qablaşdırıb, necə deyərlər. Çünki hər yer dözülməz tıxacdır, bu basabasla dərsə gedən, dərsdən gələn uşaqlarda elm və təhsilə hansı münasibət formalaşacaq, bunu təxmin eləmək çətin deyil.
Bəzi hörmətli oxucular təklif edir ki, hərə öz evinin yanındakı məktəbə getsin, bununla problem müəyyən qədər həll olunar. Məsələn, Ruslan bəy yazır: “Qızım Yasamalda, evimizin yanındakı məktəbdə oxuyur. O məktəbə Xırdalan və Əhmədlidən (!) gələn uşaqlar var. Eyni zamanda, Yasamaldan da Əhmədliyə gedən şagirdlər olur. Bu valideynlər uşaqlarına niyə zülm edir? Onsuz hamısı sonra repetitorla hazırlaşır. Repetitorsuz ali məktəbə girən olur?”
Yaxşı sualdır və təklif də məntiqlidir. Ancaq bəs, misal üçün, tələbələr neyləsin? Hər məhəllədə universitetlərin də korpuslarını açmalıyıqmı? Dünən........
