Timsah iqtisadi proqramı
“Su gələn arxa, timsah da gələr”(modern ata sözü)
“Koroğlu” dastanının bir bölümündə milli qəhrəmanımızın qocalmağından bəhs edilir. Dəliləri Çənlibeldən qovur, özü istefa verir, hətta Qıratın nalını söküb çəmənliyə buraxır, deyir başlı başını saxlasın, ta mənim paşalara qarşı müxalifətçiliyim bitmişdir.
Bu məqamda bir kişiyə rast gəlir, görür bunun əlində yarısı taxta, yarısı dəmir, əcaib bir şey vardır. Soruşur bu nədir, kişi deyir tüfəngdir, adam öldürmək üçündür. Koroğlu inanmır, xahiş eləyir (bunu özümdən uydurdum, yəqin ki, Koroğlu əmr edərdi – Z.H.) kişi tüfəngdən öküzə atəş açsın. Yeri gəlmişkən, öküz kimin olub, bu barədə dastanda qeyd edilmişdir: tüfəngli kişiyə məxsus heyvan imiş.
Bəli, Koroğlu ədalətli insan olduğu üçün öküzün pulunu ödəyir, deyir indi tüfəngdən vur, görək nə olur. Kişi atəş açır, öküz ölür. Koroğlu vəziyyətdən dilxor olur, sazı sinəsinə........
