menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Subsidiyanın dimdiyi və şirəsi

21 0
10.06.2026

Mən uşaq olanda belə bir tapmaca var idi: “Halalar, ay halalar, Dağda dovşan balalar. Ayağından su içər, Dimdiyindən balalar”. Düzgün cavab da çəltik bitkisi, düyü idi. Ordakı “hala” sözü şərti olaraqmı işlənib, yoxsa “xala”, “hələ” mənalarını verir, bu barədə heç bir məlumatım yoxdur, hərçənd, bayatılarda belə mənasız ifadələrə rast gəlinir.

Lakin həmin tapmacanı indi məndən soruşsalar, doğru cavabın “kənd təsərrüfatı üçün subsidiya” olduğunu deyərdim. Bu sahədə həqiqətən qəşəng yeyintilər vardır, subsidiyalar “dimdiyindən balalayır”. 1 manatlıq əkinə 1000 manat alan lotular vardır. Hesablama Palatası bu istiqamətdə maraqlı rəqəmlər açıqlamışdı. Məsələn, peyk görüntülərinə əsasən, 117 min hektar ərazidə becərmə işləri aparılmadığı halda, 19 fermerə qanunsuz olaraq 24 milyon manat əkin subsidiyası verilmişdi.........

© Müsavat