Standartsız zurna
Deyir bir gün Filarmoniyada manıslar söhbətləşirmiş, tanınmış musiqişünas Firidun Şuşinski yaxınlaşır onlara: “Cabbar Qaryağdının qəbri itmək üzrədir, siz niyə toplaşıb o qəbrin üstünü götürmürsünüz? Cabbar əminin qeyrətini siz çəkməyib, kim çəkməlidir?” Xanəndə Əbülfət Əliyev deyir ki, vallah, Firidun düz söyləyir, Cabbarın qəbri itsə ilk növbədə bizim üçün biabırçılıq olacaq. Yığışanlar Əbülfətin bir az simic ad çıxartdığını bilirmişlər, ona görə kamançaçı Habil Əliyev deyir: “Əbülfət, gəl elə qəbrin üstünü özün götür, başdaşına da yazdırarsan: “Əbülfət Əliyev adına Cabbar Qaryağdının qəbri”.
Bu əhvalatın yadıma düşmək səbəbi heç də bu yaxınlarda, dəqiq yazsam, keçən ay xanəndə Arif Babayevin başdaşı yazısı ətrafındakı diskussiyalara münasibətimi yazmaq deyil. Yəqin yadınıza gəlir, orda daşa “Şərqdə ilk muğam professoru” ifadəsi yazılmışdı, camaat buna, üzr istəyirəm, mız qoyurdu. Sanki hər işimiz düzəlmişdi,........
