Stəkanların taleyi - Zamin Hacı yazır
AKP hakimiyyətə təzə gələndə, 2002-ci ildə Türkiyə beynəlxalq söz azadlığı reytinqində 99-cu dövlət idi. İndi isə 163-cü yerdədir. 180 ölkə arasında. Axırdan 7-ci. Reytinqdə qonşuları İraq, Yəmən, Sudan kimi müsəlman ölkələridir.
Doğrudur, heç o vaxtkı 99-cu yer də fərli deyildi, ancaq hər halda AKP Türkiyəmizi 64 pillə geri atıb. Hər gün bir televiziya bağlanır. Həbs edilən jurnalistlərin sayı-hesabı yoxdur.
Ümumiyyətlə, dünya söz azadlığı reytinqi tipli mütərəqqi siyahıların ilk yüzlüyündə adətən 1 dənə də olsun müsəlman dövlətinə rast gəlmək mümkün deyil. Bu da bir daha onu göstərir ki, dini ideologiyaların güclənməsi, hakimiyyətə yiyələnməsi xalqlara heç yaxşı perspektiv vəd eləmir. Yazın bir qırağa, qalsın. Rəhmətlik manıs Con Lennonun oxuduğu kimi: “Dinlərin olmadığı dünya istəyirəm”.
Təbii ki, kimsə soruşa bilər, bəs dünyəvi dövlətlərdə vəziyyət necədir? Əladır.........
