Şahı sevməyən şahsevənli
Son dövrlər rayonlarımızda icra başçılarının şərəf və ləyaqətinin qorunması istiqamətində mühüm işlər görülür. Bu da istər-istəməz bizi sevindirir (mən istəyənlərdənəm). İnşallah, icra başçılarını tam şəkildə qoruyub qurtarandan sonra Şah İsmayıl Xətainin də müdafiəsi üçün dövlət tədbirləri görüləcəkdir. Sıra ilə, aşağıdan başlamışıq. Çünki bizim bütün dövləti islahatlar xalq naminə aparılır və ol səbəbdən aşağıdan başlayırıq.
Məsələn, fevralda Şabran rayonunda icra başçısı bir kəndlini “mənə böhtan atılmışdır” ittihamı ilə məhkəməyə vermişdi. Kəndli iddia edirdi ki, başçı ondan çoxlu taxıl alıb, lakin pulunu ödəməyib. Sitat: “15 ton arpamı aparıb, 3 ildir pulunu vermir. Aramızda sənədli müqavilə də yoxdur. Mən hardan biləydim belə olacaq? Dedim başçı adamdır, yalan danışmaz”.
Açığı, o temanın axırı necə oldu, bilmirəm. Şübhəli detallar çox idi. Ən əsası, başçı sənin arpanı niyə........
