menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Qeyri-bərabər dua haqqında hədis

47 0
30.08.2026

Ali məktəblərimizə yerləşdirmə başa çatmaq üzrədir, ancaq bir sual da düşündürücüdür: əvvəlki illərin birinciləri hardadır? Məsələn, 700 balla ATU-ya girib həkimlik oxuyan bir nəfərin haqqında yazmışdılar, hazırda Almaniyada işləyirmiş.

Görəsən biz bu uşağı Almaniyaya xidmət üçünmü yetişdirmişdik? Niyə beyin axınına cavab verən yoxdur? Bəlkə beyini də neft hesab edirlər, xaricə satmaqda fayda görürlər? Axı biz özümüz nəticədə Bakıda-Şəkidə savadlı həkim üzünə həsrət qalırıq. Tək bir nəfər deyil ki? Yüzlərlə, minlərlə yüksək ixtisaslı kadr çıxıb gedir.

Əlbəttə, istəsən bu işdə müəyyən barter olduğunu söyləmək mümkündür. Məsələn, turizm mərkəzlərimizdən birinin müdiri almaniyalıdır. Yaxud, vaxtilə rabitə monopolistimizə və... Şirvan qoruğuna da almaniyalı mütəxəssis başçı qoyulmuşdu, indi bilmirəm.

Təsəvvür elə, artıq ceyranlarımıza da özümüz baxmağa çətinlik çəkirdik.........

© Müsavat