Qatlanmayan qollar
Yaxud cənnətin əlamətlərindən biri
Deyəsən, milli futbol komandamız cırtdan Lixtenşteyn dövlətinin komandası ilə oynamalıdır və internetdə həmin Lixtenşteynin oyunçularının əslində peşəkar futbolçu olmadığı barədə xəbər paylaşıblar. Biri satıcıdır, biri reklamçı, üç-dördü tələbədir, nə bilim, bəlkə aralarında santexnik və avtobus sürücüsü, o cümlədən köşə yazarları da vardır.
Ancaq guya bizim millidə oynayanlar peşəkar futbolçudur ki? Onlar peşəkar futbolçudursa, məsəl üçün, İspaniyanın, İngiltərənin, Fransanın oyunçuları kimdir, nəçidir? Lap heç o qədər uzağa getməyək, onsuz sərhəd bağlıdır – qonşu Gürcüstan komandasında oynayan Kvaratsxeliya peşəkar sayıla bilərmi?
Təzəlikcə FİFA-nın müdiri İnfantino Bakıya gəlmişdi. Burada hansısa yeniyetmə dünya çempionatı-filan olacaq, ona görə. Elə Canni müəllimin səfərindən bircə gün qabaq bizim qızlar – 17 yaşadək Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa........
