Nyuton hicab haqqında nə deyirdi...
Keçən əsrin 30-40-cı illərində ABŞ-da aparılan sosioloji araşdırmada rəyi soruşulanların 90 faizi Tanrıya (Allah, Boq, God – kim necə qəbul edirsə) inandığını söyləmişdi. Hazırda bu rəqəmin 65 faizə qədər düşdüyü söylənilir. Ancaq 90 faiz inananlar içərisində də maraqlı araşdırma aparılmışdı. Məlum olmuşdu ki, orta və ali təhsillilər arasında Allaha inananların faizi 60-a düşür. Daha sonra elm adamları içərisində bu rəqəmin 40 faiz olduğu ortaya çıxmışdı. Nəhayət, elmin ən yüksək zirvəsi sayılan akademik təbəqədə, Nobel ödüllü alimlər sırasında dini inanclılar 7 faizdən də az olmuşdu.
Akademik səviyyədə fəlsəfə ilə məşğul olanlar içərisində dinə inananlar isə lap az – cəmi 2 faiz imiş. Halbuki, məntiqlə tərsinə olmalıydı, çünki fəlsəfə düşüncə barədə elmdir. Niyə düşünən insanlar dindən uzaqlaşır?
Burdan o nəticə çıxır ki, insan nə qədər dərin təhsil alsa, onun dinə inanmağı o qədər azalır. Mən bunu özümdən yazmıram, kvant fizikası üzrə görkəmli alim, Nobel mükafatlı Riçard Feynmanın mühazirəsindən götürmüşəm.
Deməli, məntiqlə biz bu gün dindar insanları məktəbdən........
