İcra başçısı üçün süd vannası - Zamin HACI YAZIR
“Sən ağa, mən ağa, inəkləri kim sağa?”(Azərbaycan ata sözü)
Fermer deyir südün litrini 15 qəpikdən alırlar, bu ucuzluğa görə əsəbləşib 60 litrə yaxın südü yerə tökdü.
Sözgəlişi, əvvəlcə “yerə caladı” yazmışdım, fikirləşdim cavan-cuvan bu sözün mənasını anlamayacaq. Dilimizin zənginliyi itib getməkdədir, biləsiniz. Bəziləri başqa dillərin guya bizim dildən zəngin olduğunu qırıldadır, halbuki, elə təkcə bu “calamaq” sözünün 4-5 mənası var. Ağacı calamaq, nəyisə yapışdırmaq, mayeni tökmək və sairə. Nəsə, qayıdaq mövzuya.
Mən bir vətənpərvər vətəndaş kimi həmin fermeri şiddətlə qınayıram. Ümid edirəm artıq əlaqədar orqanlar onunla məşğul olurlar, çünki südü yerə axıtmaq maddi sərvətlərimizin israf edilməsidir. Şair demişkən: “Anadır hər kişiyə öz vətəni, Bəsləyib sinəsi üstündə onu. Südüdür kim, dolanıb qanım olub, O mənim sevgili cananım olub”. (Ta söhbət açılıb, şeirdəki “kim”........
