menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

700 ballıq uşağın şirin xəyalları

21 0
29.07.2026

Ali məktəblərə qəbul imtahanları yekunlaşdı, axır ki, 700 bal toplayan 1 nəfər tapıldı. Əks halda təhsilimizin gələcəyi, burdan da çıxış edərək millətin gələcəyi haqqında pessimizmə düçar olardıq. Rekord vacibdir. Ən uzun bayraq dirəyi və ən böyük paxlava da bizdə idi.

Elə 700 toplayan uşaqdan intervü alınanda da rekordun vacibliyi ortaya çıxdı, uşaq dedi ki, birinci dəfə 697 bal toplamışdım, bunu mütləq 700 eləməliydim. Ancaq niyə 700? Bəlkə burada gənclərə şərait yaradılmalıdır, onlar hər dəfə daha yüksək rekordlar yaratsın? Sovet vaxtı Bərdə tərəfdə belə əhvalat olmuşdu, “pripiska” – saxta istehsal rəqəmləri yazıb dövlətə kələk gəlməkdən ruhlanan bir məktəb uşaqların illik uğur qiymətləndirməsini (o zamanlar buna dildolaşdıran “müvəffəqiyyət faizi” deyirdilər; müstəqilliyin bizim camaata əsas xeyirlərindən biri də bu axmaq “müvəffəqiyyət” sözündən canımızın qurtarmağıdır) 110 faiz kimi yuxarı orqanlara təqdim........

© Müsavat