Ermənilərə DAĞ çəkən Ağrı DAĞI – BARIŞIQ yaxınla
Ermənistan prezidenti Vaaqn Xaçatrynanın qəbul otağından Ağrı dağı (ermənilər “Ararat” deyir) əks olunan tablo götürülüb. Artıq xarici rəsmi şəxslərin qəbulu zamanı çəkilən birgə fotolarda bu dağ yer almır.
Azərbaycana, özəlliklə Türkiyəyə, regiona, ümumən dünyaya ünvanlı yaxşı siqnal, təqdiredici bir jestdir. Amma əlbəttə ki, kifayət deyil. Çünki qonşu ölkənin hazırkı konstitusiyasında qardaş ölkəyə qarşı 6 indiki Ermənistan boyda (180 min kv km) ərazi iddiası qalır – “qərbi ermənistan” təxribatçı adı ilə...
Doğrudur, rəsmi İrəvan son bir ildə radikal-revanşistlərin ciddi etirazlarına və hay-küyünə rəğmən, sərhəd-gömrük məntəqələrində sənədlərə qoyulan ştamplardan da Ağrı dağını yığışdırıb, dövlət himninin mətnini yumşaldıb, saxta soyqırımı məsələsini xarici siyasət prioritetləri sırasından çıxarıb. Ancaq hay toplumunda belə pozitiv, əsas qonşularla əlaqələri........
