Ya çinlilər kimi olmalıyıq, ya da zimbabvelilər
Dünən redaksiyada əməkdaşlarla söhbət edərkən söz milli sahibkarlığın üstünə gəldi. Təcrübəli həmkarlardan biri dedi ki, istirahət , əyləncə, alış-veriş mərkəzləri, market, restoran, kafe, mərasim evi və digər ticarət, iaşə, xidmət obyektləri açmaqla milli sahibkarlığı dirçəltmək, itisadiyyatı qüdrətləndirmək mümkün deyil, Çin kimi A-dan Z-yə qədər, diş çöpündən ballistik raketə kimi min cür məhsul istehsal etmək lazımdır.
Bu barədə çox danışılıb, çox yazılıb və artıq burada sir filan yoxdur. Ancaq hamıda belə bir qənaət də hasil olub ki, ölkəmizdə, demək olar ki, heç bir sənaye (nə yüngül, nə ağır) müəssisəsini rentabelli işlətmək mümkün deyil. (Hamısının axırı İsmayıllıdakı velosiped zavodununku kimi olacaq, qismən işləyəcək).
Bunun səbəbləri çoxdur. Tutaq ki, yerli xammal var, amma zəruri avadanlıqlar yoxdur. Onu xaricdən zənginləşdirilmiş uran qiymətinə alıb gətirmək mümkündür, amma bu avadanlıqları qaydasında işlədə bilən mütəxəssislər yoxdur. Onları da birtəhər ordan-burdan dəvət etmək və ya 3-5 ilə yetişdirmək olar, ancaq yenə də müəssisə gəlirlə işləməyəcək. Bazara çıxarılmış hazır məhsulun dəyəri onun xaricdən gətirilmiş ekvivalentindən baha olacaq. Niyə?
Bax, əsas məsələ də bu “niyə”nin “ona görə ki” ilə başlayan........
