Tənəzzülün özü və üzü – Suslovdan Valuyevə qədər
Rusiyalı siyasilərin, politoloqların, jurnalistlərin parlament seçkisində seçim etmiş Ermənistana dair verdikləri açıqlamalara diqqət edəndə inanmaq olmur ki, bunlar 70 il boyunca 14 ölkənin (100-ə yaxın xalqın) başını “xalqlar dostluğu” ideologiyası ilə piyləyə biliblər.
Dostluq söhbəti bitib, düşməncəsinə danışırlar, “xozeyin-mujik” (ağa-rəiyyət) söhbəti edir,. Bir fikir adamının vaxtilə dediyi “Rusiyanın dostu yoxdur, ya düşməni var, ya da nökəri” fikri dönə-dönə təsdiqlənir.
Necə də qırmızı və ambisiyalıdırlar! Hamı bunlara borclu imiş! Heç kəsin özbaşına seçim etmək, yol bəlirləmək, qonşu dövlətlərlə dostluq büsatı qurmaq haqqı yoxdur! Bütün bunlara Moskva, Kreml rüsxət verməlidir!
Üzdə olan rusların aşağı-yuxarı açıqlamalarının ümumi məzmunu bu cürdür. “Ermənistan Ukrayna yoluna girdi” deyirlər. “Növbəti xüsusi hərbi əməliyyat Ermənistanda olacaq” bəyanatı verirlər.
Bu sonuncunu keçmiş boksçu, hazırda Rusiya parlamentinin üzvü olan Nikolay Valuyev dilə gətirib. Valuyev Rusiyanın Ukraynada qalib gəldiyini bildirərək, əlavə edib ki, Putinin ağlı və müdrikliyi sayəsində Ermənistanı da ram edəcəklər. (Bundan........
