Savaş yaraları sağalar, kütləvi qətliam ağrısı b
“Vitali, bu camaatı niyə qırdınız?” Bu sualı 34 il öncə ağdamlı könüllülərin komandiri Allahverdi Bağırov erməni terrorçuların komandiri Vitali Balasanyana vermiş və cavab ala bilməmişdi. Balasanyan nəsə bir şey mızıldanmışdı.
Sonralar bu sualı başqaları da müxtəlif yerlərdə, auditoriyalarda səsləndi, amma ermənilər suala cavab verə bilmədilər. Onlar ona hələ də cavab verə bilmirlər.
Yalnız ötən əsrin 90-cı illərinin sonlarında Serj Sarkisyan Xocalı soyqırımının törədilməsinin “zəruri səbəb”inin azərbaycanlıların gözünün odunu almaq, onları qorxutmaq, erməni separatçıların öz niyyətlərində nə qədər ciddi olduğunu göstərmək üçün olduğunu qürurla demişdi.
Bu, hərbi cinayətin etirafı idi. Ermənilər isti-isti anlamırdılar, Xocalı qətliamını müharibə epizodu adlandırır, Azərbaycan cəmiyyətini dəhşətə gətirən lazımlı hadisə (dolayısı ilə terror aktı) hesab edirdilər.
Onlar Xocalıda törədilən dəhşətli cinayətin bədəlini ödəyəcəklərini gözləmirdilər.
Bu gün tam əminliklə söyləmək olar ki, ermənilərin rus hərbçilərlə birləşərək törətdikləri həmin cinayət Ermənistanın Qarabağ müharibəsində uduzmasının (siyasi, diplomatik, hərbi planda) təməlini qoydu.
Onlar bu bəşəri cinayəti törədərək, 613 günahsız insanı qətlə yetirərkən, iki o qədər adamı........
