Şəhərin yay günləri – həftə sonu Bakı boşalır, X
Xankəndini diri, axar-baxarlı, qələbəlik, səliqəli gördüm. Şəkillərdə, videolarda çox görmüşdüm, canlı, real mənzərəsi daha gözəlmiş.
Gözümün önündə Avropanın ortaboylu şəhərlərinə bənzəyən yaşayış məntəqəsi vardı. Dostlardan biri Xankəndidə Strasburq sifəti gördü. Yol boyunca çoxu ağ, restavrasiya olunmuş, modernləşdirilmiş sovet binaları, unikal tikililər, villalar görünür, şəhərin küçələri hamar asfaltlı, yamaqsız və enlidir, səliqəli parkları, dağətəyi əraziyə xas gözəl relyefi, təmiz və xoş havası var.
Bu şəhəri tərifləyirdilər, inanırdım, amma təriflərin üstündə olduğunu gözləmirdim.
Xankəndi təməlini azərbaycanlıların qoyduğu, Azərbaycanın puluyla erməni ustaların tikdiyi şəhərdir. Yəni elə çıxmasın ki, bu, sırf erməni əsəridir. Elə deyil. Xankəndinin hələ sovet dövründə ölkəmizin fərqli şəhərlərindən biri olması üçün respublika büdcəsindən milyonlarla rubl\manat vəsait ayrılıb, sadəcə, Gevorkov kimi rəhbərlər o vəsaiti təyinatı üzrə xərcləyiblər.
Yuxarıda əsər dedik, ermənilərin əsl əsəri 2020-ci ilin oktyabrında geri aldığımız Füzuli, ondan bir ay sonra qaytarmağa məcbur olduqları Ağdam şəhərləridir (eləcə də o biri yox edilmiş şəhərlər). Bu şəhərlərin daşları daş üstündə........
