menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Puç olan intriqa - 17 il öncə, Gülən-Gül dövründ

31 0
28.09.2026

Son 17 ildə qardaş Türkiyə və Azərbaycan arasında bu cür söz-söhbətlərin, umu-küsülərin yaranması ikinci dəfədir.

2009-cu ilin oktyabrında Türkiyə prezidenti Abdulla Gülün rüsxəti ilə xarici işlər naziri Əhməd Davudoğlu İsveçrənin Sürix şəhərində ermənistanlı həmkarı Edvard Nalbandyanla protokol imzalamışdı.

İmzalama mərasimində adı çəkilən nazirlərlə yanaşı, ABŞ-nin dövlət katibi (xarici işlər naziri) Hillari Klinton, Avropa İttifaqının ümumi xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana, Fransa xarici işlər naziri Bernar Kuşner və Rusiya xarici işlər naziri Sergey Lavrov iştirak etmişdilər.

Beləliklə, Azərbaycan dövləti acı bir gerçəklik qarşısında qalmışdı. Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla Türkiyə arasında belə bir sazişin imzalanması qardaşlığa sığmırdı, çünki tamamilə Azərbaycanın mənafeyinə zidd idi. Həmsədr ölkələr ermənilər üçün “xilasedici kəmər” rolu oynayacaq bu sazişlə rəsmi Bakını oyundankənar vəziyyətə salır, yeganə dəstəkçisindən mərhum edirdilər.

O zaman xeyli dərəcədə məxfi tutulan bu görüş və imzalama törəni barədə ilk olaraq “Yeni Müsavat”ın konfidensial mövzular üzrə ixtisaslaşmış əməkdaşı Fərhad Məmmədov qeyri-populyar xarici mənbələrə istinadla yazdı və ertəsi gün regionda qalmaqal yarandı. “Sürix protokolları” Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin başlanmasını nəzərdə tuturdu. Tərəflər arasında rəsmi diplomatik münasibətlər qurulacaqdı. 1993-cü ildən bəri bağlı olan Türkiyə-Ermənistan........

© Müsavat