Planpozan Elçibəy, dirəşməyən Saakaşvili, öcəşkə
Bu gün Ermənistanda baş verənlər 33 il öncə ölkəmizdə olub-bitən hadisələrə bənzəyir: hakimiyyət uğrunda mübarizə, Rusiyanın mikserə dönmüş “barmağı”, siyasi gərginlik, dinc xalqın çaş-baş qalması, həbslər və s.
İndi xəbər gəlir ki bu qovğa-mərəkənin fonunda Ermənistanın keçmiş prezidenti Robert Köçaryanı Zvartnots hava limanında saxlayıb, ölkəni tərk etməsinə imkan verməyiblər.
Hələlik bilinmir Köçəryanın ölkəni tərk etməkdə məqsədi nə imiş: seçkidə uduzduqdan sonra qaçıb canını qurtamaq istəyirmiş, yoxsa xaricdə, təhlükəsiz şəraitdə oturaraq, ölkədəki tərəfdarlarına həlledici mübarizəyə atılmaq əmri verəcəkmiş. İkisi də ola bilər.
İndilikdə gözə çarpan əsas hadisə baş nazir Nikol Paşinyanın fenomenal fərasəti və qətiyyətidir. Adam hakimiyyərini qorumaq üçün bütün addımları atır, malik olduğu administrativ resurslardan tam yararlanır, düşmənlərinin və rəqiblərinin istifadə edə biləcəyi heç bir boşluq buraxmır.
Paşinyan və komandası anlayır ki, rəqibləri hakimiyyəti seçki yolu ilə dəyişdirə bilmədikləri üçün bundan sonra atacaqları addımlar, rəvac verəcəkləri gərginliklər qeyri-legitim, qanunsuz fəaliyyət demək olacaq. Başqa sözlə,7 iyun seçkisindən sonra hələ də hakimiyyət davası etmək qiyama hazırlıq, dövlət çevrilişinə cəhd........
