Nəvəsinə dünya şöhrəti bəxş edən baba – prokuror
Dünən Sindarovla iki partiya şahmat oynadım, birincidə mən qalib gəldim, ikincidə o.
Şahmatsevərlər yuxarıdakı cümləni oxuyub inanmayacaqlar, “ola bilməz” deyəcəklər və yarı-yarıya haqlı olacaqlar. Məsələ ondadır ki, həvəskar şahmatsevər olan yazı müəllifi beynəlxalq qrossmeysterlə, noyabrda dünya şahmat tacını qazanacağı gözlənilən Cəvahir Sindarovla yox, onun Özbəkistanda məşhur sima olan babası Kamil Sindarovla oynayıb və müsahibə alıb.
Kamil əkə təkcə Cəvahirin bioloji babası deyil, həm də onun ilk şahmat müəllimi, gənc istedadın indiki mərtəbəyə yüksəlməsində 1 nömrəli rol oynamış, buna görə olduqca qürur duyan bir şəxsdir.
Hazırda K.Sindarov Özbəkistanın Şahmat Federasiyasıının vitse-prezidenti və Şahmat Akademiyasının rəhbəridir.
Daşkəndin mərkəzindəki böyük parkın içində yerləşən akademiya sanatoriyaya oxşayır. Bu təhsil ocağında 32 qrossmeyster yetişib və K.Sindarovun hazırda çoxlu başqa istedadlı yetirmələri də var.
Biz Kamil müəllimlə onun iş otağında görüşdük. Olduqca səmimi insan təsiri bağışlayan K.Sindarov dünya şöhrətli nəvəsindən həvəslə danışdı. Heç demə, hazırda 20 yaşı olan Cəvahir fitri istedada, riyazi beyinə malik olduğunu hələ üç yaşında büruzə verib. Kamil müəllim görüb ki, 3 yaşlı uşaq internetə girib, oyun tapıb və özü üçün........
