Müəmmalı gediş – Elçibəyin paytaxtı tərk etməsin
Bu, bəlkə də son yüz ilin ən müəmmalı hadisəsidir: hələ də ölkəmizdə heç kəs 1993-cü ilin iyun ayının 17-dən 18-nə keçən gecə prezident Əbülfəz Elçibəyin paytaxtı necə, nəyə görə, hansı mülahizələri əsas tutaraq tərk etdiyi barədə səhih bilgiyə malik deyil.
Ortada yalnız ehtimallar, yarımçıq izahatlar, o qədər güclü olmayan arqumentlər, ciddi dəlillərə söykənməyən ittihamlar, emosional haqq qazandırmalar var.
Düzdür, ölkədə qiyam və paytaxta doğru irəliləyən qiyamçılar vardı və onlar Hacıqabul rayonundakı Nəvai kəndinə qədər gəlmişdilər, amma bir zərbəyə bənd idilər ki, çıxdıqları yerə qayıtsınlar. Dövlətin resurslarını, hakimiyyətdə olan siyasi təşkilatların (AXC və Müsavat partiyasının) potensialının bir hissəsini səfərbər etmək kifayət idi ki, adı alay olan, amma batalyona bərabər şəxsi heyətlə paytaxta yürüyən başıpozuq qüvvələrə yerini göstərsin.
Fəqət qiyamçılara heç bir müqavimət göstərilmədi və prezident Elçibəy gecəyarısı paytaxtı təyyarə ilə tərk etdi. O, ölkədən çıxmasa da, paytaxtdan, iqamətgahından çıxmaqla komandasını və tərəfdarlarını hərbi qiyama qalxmış, eləcə də onlara qoşulmuş siyasi qiyamçıların önündə lidersiz buraxdı və bu, məğlubiyyətə səbəb oldu.
Nə qədər başqa don geydirsək də, malalasaq da, bu gedişin zərurətinə dair əsaslı və zəif arqumentlər gətirsək........
