Maşını benzinsiz sürən seyidin nağılı – ölkəmizi
Məşhur siyasətçi Uinston Çörçillin adına çıxılan və lətifəyə oxşayan bir pritça var. Belədir: Çörçilldən soruşurlar ki, nədən iki okeanın ötəsindəki Hindistana gedib oranı müstəmləkəyə çevirə bilirsiniz, amma qulağınızın dibindəki İrlandiyanı ram edə bilmirsiniz. Çörçill cavab verir ki, İrlandiyanı tabe etmək üçün iki şərt çatışmır. “Nədir o iki şərt”, - soruşurlar. Çörçill deyir: “İrlandiyada cahil çoxluq və satqın azlıq yoxdur”.
Bu söhbət həqiqətən olubmu, olmayıbmı, bəlli və heç lazım da deyil. Əsas odur ki, söhbətin fəlsəfəsi doğrudur.
Bir ölkənin başqa ölkəni müstəmləkəyə çevirməsi, itaət altına alması yüz halın yüzündə də bu iki şərt olmadan həyata keçirilə bilməz. Mümkün deyil.
Bütün hallarda məhz itaət altına alınan xalq cahil olmalıdır ki, yadellilərin onlara kökə paylayacağına, xoşbəxtlik gətirəcəyinə inanaraq itaət etsin. Xalqın içindən satqın azlıq da çıxmalıdır ki, qüdrətli yadellilərdən səlahiyyət, ənam, güc olaraq öz xalqının idarə olunmasında kolonizatorlara yardım göstərsin.
Bu iki şərt olmayanda həmin ölkədə mütləq üsyanlar baş verir. Bir gün xalq anlayır ki, yadellilər onları qulağa xoş gələn sözlərlə aldadaraq istismar edir. Başqa bir gün isə satqın azlıq........
