menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İki qiyamın fərqli sonu - iqtidar yumşaq olanda

19 0
26.06.2026

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin ölkə parlamentində səlahiyyətlərindən məhrum edildiyi gün (24 iyun 1993-cü il) uzaq Cənubi Koreyada məhkəmə keçmiş ədliyyə naziri Pak Son-çjeni 25 il həbs cəzasına məhkum etdi.

33 il arayla baş verən bu iki hadisə arasında heç bir bağ yoxdur, amma təmas nöqtələri var. Elçibəyin devrilməsi hərbi qiyam nəticəsində olmuşdu, Pak Son-çjenin 25 illik həbsə məruz qalması isə dövlət çevrilişinin baş tutmamasının nəticəsidir.

Bəli, qiyam qələbə qazanmayanda cəzalar ağır olur.

Ancaq yenə də əminlik yoxdur ki, 4 iyun qiyamı iflasa uğrasaydı, Elçibəy və onun komandası qiyamçıları, qiyama dəstək verənləri ağır cəzalara məruz qoyacaqdımı. Adama elə gəlir ki, Elçibəy humanizm nümayiş etdirəcək, ən çoxu 5-6 adamın cəzalanmasına şərait yaradacaq, qısa müddət sonra onları da əfv edəcəkdi.

Bəs 2024-cü ilin dekabr ayının 3-də Cənubi Koreya prezident Yun Sok-yolun hərbi vəziyyət elan edərək, ölkədə diktatura rejimi qurmaq niyyəti baş tutsaydı, o, ona qarşı olanlarla yumşaq davranacaqdımı?

Xüsusi prokurorluğun araşdırması, məhkəmənin verdikti göstərir ki, Yun Sok-yol rəqiblərini tam zərərsizləşdirmək, sıradan çıxarmaq niyyətində olub. Bu işdə ona ədliyyə naziri Pak Son-şje yardımçı olacaqmış. Seulda hərbi........

© Müsavat