Güdaza verilənlər – xarici fondların donorluğunu
İngiltərəli məşhur yazıçı Frederik Forsaytın "Müharibə köpəkləri" adlı bir romanı var. Roman 52 il öncə yazılıb, ancaq onda təsvir olunan hadisə və proseslər sanki günümüzdə baş verir.
Əsərdə söhbət nadir torpaq elementləri uğrunda mübarizədən, Zanqaro adlanan dövlətdə hakimiyyətin devrilməsindən, bu işə muzdluların cəlb edilməsindən gedir.
F.Forsayt zamanında qaynar nöqtələrdə hərbi reportyor işləyib deyə, onun siyasi detektiv janrında yazdığı bu romanının real hadisələrə əsaslandığıı bildirilir. dır. Konkret olaraq bənzər hadisələrin İspaniyanın keçmiş koloniyası olan Ekvatorial Qvineyada baş verdiyi qeyd olunur.
Əsərin süjeti belədir ki, böyük mədən şirkəti olan “Man-Con”un kəşfiyyat qrupu kiçik Afrika respublikası və keçmiş Fransa müstəmləkəsi olan Zanqaroda əhəmiyyətli bir platin yatağı kəşf edir. Yerli hökumət SSRİ ilə anlaşma içində olduğuna və öz resurslarını Moskvaya peşkəş etdiyinə görə onu devirmək lazım gəlir.
Hadisələrin mabədini bilmək istəyənlər romanı oxusunlar, bu yazıda isə söhbət böyük dövlətlərin və nəhəng şirkətlərin üçüncü dünya ölkələrinə, keçmiş müstəmləkələrə baxışından gedəcək.
Gerçəkdən də keçmiş imperiyaların son 30-60 ildə müstəqillik əldə etmiş ölkələrə münasibətləri........
