menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Fitosanitar təzyiq – Rusiyanın nə siyasəti siyas

16 0
29.05.2026

Hamısı bəhanədir, əslində Ermənistanda yetişdirilən kənd təsərrüfatı məhsulları 50, 20, 10, 5, 1 il əvvəl olduğu kimidir, eyni keyfiyyətdədir, bu xüsusda dəyişən bir şey yoxdur.

Dəyişən siyasi konyukturdur, Moskvanın İrəvana baxışıdır, ermənilərin Rusiyaya münasibətidir, regiondakı geosiyasi durum və status-kvodur.

Yoxsa çiyələyin, pomidor-xiyarın, əriyin fitosanitar durumunun məsələyə dəxli yoxdur. Yəni Rusiya Federasiyasının qısaca “Rosselxoznadzor” adlanan agentliyinin sabahdan etibarən Ermənistandan meyvə-tərəvəz idxalını məhdudlaşdırmaq barədə qəbul etdiyi qərar erməniləri şərləməkdir və bu göstəriş Kremldən gəlib.

Yaxşı, deyək ki, pomidor-xiyarda fitopatoloji xəstəliklərin əlamətləri aşkar edilib, bəs “Mimino” filmində “dünyanın iki nömrəli mineral suyu” adlandırılan “Cermuk” suyuna nə oldu? O niyə birdən-birə insan orqanizmi üçün təhlükə törətməyə başladı?

Hələ erməni konyakı... Sovet dövründə erməni konyakı SSRİ-nin içki brendlərinin siyahısında baş yeri tuturdu. Elə son illərə qədər də Ermənistanda istehsal olan konyak markaları yüksək zövqün göstəriciydi və ən bahalı içkiydi. Həm ermənilər,........

© Müsavat